Xaçmaz rayonunda yaradılan seçki məntəqələrdə səsvermə davam edir. Bu haqda ShimalNews 7 fevral tarixində məlumat verir.
Şəffaflığı təmin etmək məqsədi ilə 22 məntəqədə veb-kameralar quraşdırılıb, qeydiyyatdan keçmiş hər bir müşahidəçi üçün yerlər ayrılıb.
Saat 15:00-a qədər respublika üzrə 3.922.187 nəfər səs verib. Seçici fəallığı 60,54 faiz olub.
Şimal bölgəsində olan 55 saylı Siyəzən - Quba - Xızı, 56 saylı Şabran - Xaçmaz, 57 saylı Xaçmaz şəhər, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba - Qusar və 61 saylı Qusar seçki dairələri üzrə ümumilikdə səsvermə hüququ olan 346 min 381 seçici qeydiyyata alınıb.