Xaçmaz rayonunda yeni məktəbin inşası üçün 5 milyon manat ayrılıb. Bu haqda ShimalNews 17 dekabr tarixində xəbər verir.
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Palçıqoba kəndində 360 şagird yerlik tam orta məktəbin tikinti işlərinin satın alınması tenderini keçirib. Nəticədə "Progress Construction Group" MMC qalib olub.
Şirkətlə 5.042.354,18 manat məbləğində müqavilə imzalanıb.
Daha öncə Palçıqoba kəndində yerləşən məktəbin yanmasını gündəmə gətirmişdik. Təhsili davam etdirmək üçün məktəblilərin çoxu Nərəcan kəndinə köçürülüb.