Xaçmaz rayonunda yanmış məktəbin tikintisinə ehtiyac var. Bu barədə 16 noyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Palçıqoba kəndində yerləşən tam orta məktəb 358 şagird, 31 müəllim və 15 texniki heyətdən ibarətdir.
Təhsili davam etdirmək üçün 199 məktəbli Nərəcan kəndinə köçürülüblər. Hər gün xüsusi ayrılmış avtobuslarla dərslərə çatdırılırlar. Qalan şagirdlər dərslərini 2 növbədə ikinci binanın 5 sinif otağında davam etdirirlər.

