Xaçmaz rayonunda təxmini 300 evin su təminatı ilə bağlı çətinliklər yaşanır. Bu barədə Shimal.News-un müxbiri məlumat verib.
Xudatın 3-cü şöbə adlanan ərazisində su təminatında çətinliklər var. Sakinlərin sözlərinə görə şəhərdə içməli su zəif gəlir. Həmçinin, əkin sahələrini suvarmaq mümkün deyil.
Daha öncə, redaksiyamız Qubanın Ərməkiqışlaq kəndində 6 ay su olmadığı barədə məlumat vermişdir.