Qubada 500 nəfər yaşadığı Ərməkiqışlaq kəndində su yoxdur. Bu barədə BakuTv  videoreportaj hazırlayıb.

“Su yoxdursa, həyatda yoxdur”,- sakinlər deyir. Onların sözlərinə görə, 6 aya yaxındır ki, artezian quyusu quruyub. Yuyunmağa, içməyə və mal-qaraya su tapılmır. Yalnız nəqliyyatı olan şəxslər qonşu kənddən su gətirə bilir.

Bu məsələ ilə bağlı bələdiyyə nümayəndəsi Bayram Qurbanov aydınlıq gətirib:

“Qurumanın qarşısını almaq üçün quyu 30 metr dərinləşdirilib və artıq borular alınıb. Yaxın zamanda artezian istifadəyə veriləcək”.

Daha öncə, Qubanın İsnovqışlar kəndində oxşar hal baş verimişdir. Kəndin artezian quyusu qurumuşdur.