Quba-Xaçmaz Regional Təhsil İdarəsində məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin növbəti - müsahibə mərhələsi keçirilib. Bu haqda ShimalNews 7 fevral tarixində məlumat verir.
Müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. Namizədin topladığı bal 1 il üçün keçərlidir.
Quba rayonunda 14, Qusar rayonunda 12, Xaçmaz rayonunda 24, Şabran rayonunda 3, Siyəzən rayonunda 5 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.