Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə layihə keçirilir. Bu haqda ShimalNews 22 fevral tarixində məlumat verir.
9 ümumtəhsil məktəbinin peşə təmayüllü siniflərin şagirdləri "Böyük ürəklər" adlı sosial kampaniyaya qatılıblar. Məktəblilər həssas təbəqədən olan və evdə təhsil alan sinif yoldaşlarını ziyarət edirlər.
Eyni zamanda şagirdlərin təhsil aldıqları sahəyə uyğun hazırladıqları hədiyyələr yoldaşlarına təqdim olunur.
[video width="848" height="480" mp4="https://shimal.news/storage/photos/2024/02/GFeTjBkS_NxZ9QgEAEOqxuLpPPgTbmdjAAAF.mp4"][/video]