Bu gündən şimal gömrük postlarında yük avtomobillərindən ibarət uzun növbələr aradan qaldırılacaq. Bu barədə ShimalNews 5 noyabr tarixində məlumat verir.
Azərbaycan buraxılış məntəqələrində Rusiya istiqamətindən minlərlə yük avtomobili keçid imkanını gözləyirdi. Əldə olunan məlumata görə, artıq növbənin sərhəddən sürətlə keçməsinə start verilib.
Bundan öncə yaranmış çətinlik haqqında məqalə dərc edilmişdir. Eləcə də “Samur” və “Xanoba” sərhəd-keçid məntəqələrinin mal və nəqliyyat vasitələrinin keçirilməsi imkanları ilə tanış olmaq üçün Azərbaycan və Rusiya nümayəndə heyətlərinin baxış keçirdikləri haqqında xəbər vermişdik.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2022/11/121.mp4"][/video]