Sabah Ramazan ayının iyirmialtıncı günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi cədvələ əsasən, şimal bölgəsində imsak və iftar aşağıda qeyd olunan vaxta təsadüf edəcək:
| Bölgə | İmsak | İftar |
| Quba, Qusar | 04:55 | 19:30 |
| Xaçmaz | 04:54 | 19:29 |
| İsmayıllı | 04:56 | 19:31 |
"Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".
Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyiblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!