Qusarda qadınlar üçün fitnes idman növü üzrə təlim-məşqlər baş tutub. Bu haqda ShimalNews 22 fevral tarixində məlumat verir.
Seminar Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sparta” fitnes klubunun idman zalında keçirilib. "İdman hamı üçün" layihəsi çərçivəsində 20 nəfər gənc qız və qadınlar, məşqçi-müəllimlər və Qusar rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları iştirak ediblər.
Layihənin keçirilməsində məqsəd qadınlar arasında bu idman növünə marağının artırılması, rayonda inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkilidir.