Quba rayonunun Bərğov kəndində yanğın baş verib. Bu haqda ShimalNews 5 aprel tarixində xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılan 2 ton ot bağlamasının 900 kiloqramı yanıb. Ot bağlamalarının qalan hissəsi mühafizə olunub.
Yanğın söndürülüb.