Quba Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 24 yanvar tarixində məlumat verir.
Tədbir Talabıqışlaq kəndində təşkil olunub. Görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Polis şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə İlqar Mahmudov aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verib.