Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 18 yanvar tarixində məlumat verir.
Sakinlərlə görüş İspik kəndində baş tutub. Sakinləri narahat edən məsələləri rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri dinləyiblər.
Qəbuldan öncə İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Neman Dadaşovun büstünü və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsini ziyarət edib.