İsmayıllının Xanagah kəndində icra başçısı Nahid Bağırov səyyar qəbul keçirib. Bu haqda ShimalNews 11 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.
Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Sakinlərin müraciətləri dinlənilib. Onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Bəzi müraciətlər yerindəcə həll edilib.