İsmayıllı rayonu Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin şagirdləri üçün Zəfər Gününə həsr edilmiş intellektual yarış keçirilib. Bu haqda ShimalNews 8 noyabr tarixində GİKM-in İsmayıllı nümayəndəliyinə istinadən məlumat verir.
Öncə gənclərə əlamətdar gün barədə məlumat verilib. Sonra "Nə? Harada? Nə zaman?" formatında yarış təşkil olunub.
4 komandanın heyatində 24 gənc müsabiqədə iştirak edib. Sonda 15 sualı doğru cavablandıran "Zirvə" komandası yarışın qalibi olub.