top
Şəki bazarında qalmaqal: Qadınların mübahisəsi dava ilə nəticələndi
10 iyul 2026, 11:10
- ↺ +

Şəki bazarında qalmaqal: Qadınların mübahisəsi dava ilə nəticələndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki bazarındageyim mağazalarının işçiləri arasında baş verən mübahisə dava ilə nəticələnib. 

Məhkəmə xuliqanlıqda təqsirləndirilən Elnarə Zahidovanın (ad və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Hakim Zamin Tahirov müdafiə tərəfinin şikayətini qismən təmin edib.

Məhkəmənin qərarına əsasən, Şəki Rayon Məhkəməsinin hökmü yalnız mülki iddia hissəsində dəyişdirilib və Elnarə Zahidovadan zərərçəkmişin xeyrinə 2500 manat tutulmasına qərar verilib.

İttihama görə, hadisə Şəki bazarında fəaliyyət göstərən geyim mağazalarının qarşısında baş verib. Elnarə Zahidova qonşu mağazada çalışan Nazilə Məlikovanın (adı və soyadı şərtidir) anasının obyektin qarşısına paltar asılması ilə bağlı iradını qəbul etməyib. 

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs ictimai yerdə zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir edib, onu döyməklə hədələyib və fiziki zor tətbiq edib. Mübahisə zamanı Nazilə Məlikovaya çoxsaylı yumruq zərbələri endirilib.

Elnarə Zahidovaya Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (qərəzli xuliqanlıq) ilə ittiham irəli sürülüb.

Lakin Şəki Rayon Məhkəməsi "Konstitusiya və Suverenlik İli" münasibətilə qəbul olunmuş amnistiya aktını tətbiq edərək onun barəsində cinayət təqibinə və iş üzrə icraata xitam verib. 

Mənbə: Pravda.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər