top
Qusarda doğuşdan sonra ölən qadının işi yenidən araşdırılacaq
11 avqust 2026, 09:36
- ↺ +

Qusarda doğuşdan sonra ölən qadının işi yenidən araşdırılacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin avqustunda Qusar Rayon Mərkəzi Xəstəxanasında doğuşdan sonra həyatını itirən 32 yaşlı Yasəmən Ospatovanın ölümü ilə bağlı araşdırma yenidən aparılacaq.

Məlumata görə, iki uşaq anasının hüquqi varisi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğvi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

Apellyasiya instansiyası müraciəti təmin edib. Material yenidən tam və hərtərəfli araşdırılması üçün Qusar Rayon Məhkəməsi vasitəsilə prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokuroruna qaytarılıb.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, Yasəmən Ospatovanın ölümünə əməliyyat zamanı intubasiya borusunun səhv yerləşdirilməsi səbəb olub.

Ekspertiza rəyində isə Qusar Rayon Mərkəzi Xəstəxanasında reanimasiya tədbirləri zamanı intubasiya borusunun traxeya əvəzinə qida borusuna yeridildiyi qeyd olunub. Rəyə əsasən, nəticədə ağciyərin tənəffüssüz qalması və digər ağır fəsadlar baş verib.

Sənədlərdə həmçinin doğuşayardım xidmətinin göstərilməsi zamanı bir sıra pozuntuların olduğu iddia edilir. Xəstənin əməliyyata gec götürüldüyü, əməliyyatdan əvvəl əsaslandırılmadan aşağı molekul çəkili heparin təyin edildiyi, zahı qadının nəzarət məqsədilə ayıltma otağında saxlanılmadığı və gec aktivləşdirildiyi bildirilib.

Bundan başqa, doğum şöbəsinin mama-ginekoloqu tərəfindən tibbi sənədləşmə ilə bağlı tələblərin də pozulduğu qeyd olunub.

Yasəmən Ospatovanın yaxınları daha əvvəl qeysəriyyə əməliyyatı üçün həkimin onlardan 370 manat aldığını da bildiriblər. Zərərçəkmişin hüquqi varisləri bu faktın da araşdırılmasını istəyiblər.

Qeyd edək ki, məhkəmənin işin yenidən araşdırılması barədə qərarı tibbi səhlənkarlıq və ya digər ittihamların artıq təsdiqləndiyi anlamına gəlmir. Faktlara hüquqi qiymət araşdırmanın nəticəsindən sonra veriləcək.

Mənbə: Musavat.com

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər