top
Qubada içkiyə görə dava düşdü: qardaş qardaşı polisə verdi
01 sentyabr 2026, 12:48
- ↺ +

Qubada içkiyə görə dava düşdü: qardaş qardaşı polisə verdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda iki qardaş arasında yaranan mübahisə cinayət işi ilə nəticələnib.

Hadisə Qırmızı qəsəbədə baş verib.

1985-ci il təvəllüdlü Nadir (şərti ad) ailə-məişət münasibətləri zəminində yaranan mübahisə zamanı qardaşı Daşdəmirə (şərti ad) yumruqla zərbələr endirib.

Faktla bağlı Nadir barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilib. O, ifadəsində hadisə zamanı qardaşının spirtli içkinin təsiri altında olduğunu və ona içki qəbul etməməyi tövsiyə etdiyini bildirib. Qardaşının sözlərinə əhəmiyyət verməməsi səbəbindən aralarında mübahisə yarandığını deyən kişi əsəbiləşərək onun üz nahiyəsinə yumruqla zərbə vurduğunu etiraf edib.

Nadir əməlindən peşman olduğunu və qardaşı ilə barışdığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Hökmə əsasən, bu müddət ərzində ona Quba rayonunun inzibati ərazi hüdudlarını tərk etmək, həmçinin hər gün saat 23:30-dan 06:30-dək yaşayış yerindən çıxmaq qadağan olunub.

Mənbə: Demokrat.аz

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər