Bakı–Quba ödənişli avtomobil yolunda "Mercedes" markalı yük avtomobilinin aşması nəticəsində 1995-ci il təvəllüdlü Turqay Qasımov həlak olub.
Shimal.News xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Araşdırma zamanı yük avtomobilinin idarəetməni itirərək aşdığı, sürücünün isə deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək Turqay Əhməd oğlu Qasımovun meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.