top
Babək Ramaldanovun anım günüdür
Bu gün, 16:00
- ↺ +

Babək Ramaldanovun anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Vətən müharibəsinin qəhrəman zabitlərindən biri, polkovnik-leytenant Babək Ramaldanovun şəhid olmasının altıncı ildönümüdür.

Babək Meyvəddin oğlu Ramaldanov 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonundandır.

1989-1997-ci illərdə Xətai rayonundakı 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

2004-cü ildən Azərbaycan Ordusunda xidmətə başlayan Babək Ramaldanov üçün Vətənin müdafiəsi hər şeydən vacib, işğal altında olan torpaqlarımızı azad görmək arzusu isə bütün arzularından üstün olub. Bu amalına çatmaq üçün gecə-gündüz öz üzərində çalışıb.

Polkovnik-leytenant 2019-cu il iyunun 21-də Moskvada Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını fərqlənmə ilə bitirərək magistr diplomu və qızıl medal alıb.

Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində şəxsi heyəti ilə birlikdə 10 gün Murovdağ istiqamətində, daha sonra isə Füzuli və Cəbrayıl istiqamətlərində aparılan əməliyyatlarda iştirak edib.

O, oktyabrın 16-da Cəbrayıl rayonunun Hovuslu kəndinin azadlığı uğrunda döyüşlərdə tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Babək Ramaldanov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Hadisə
Bu gün, 15:10

İsmayıllıda ağır qəza

Cəmiyyət
Bu gün, 14:10

Şimallı igid şəhidlərimizin doğum günüdür

İqtisadiyyat
Bu gün, 14:10

Hərbçilərin əməkhaqları artırılır

İdman
Bu gün, 13:24

Prezident balakənli paratleti "Tərəqqi" medalı ilə təltif etdi

Hadisə
Bu gün, 12:56

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Hadisə
Bu gün, 12:25

Quba-Tüləkəran yolunda uçqun: bərpa işləri nə vaxt aparılacaq?

Cəmiyyət
Bu gün, 11:40

Parlament Qubanın iki bələdiyyəsinin adını dəyişdi

Cəmiyyət
Bu gün, 10:40

Şabranda bu yolda hər addım riskdir

Cəmiyyət
Bu gün, 10:00

Xalq artistinin doğum günüdür

İdman
Bu gün, 09:17

"Şamaxı" "Şəfa"nı qəbul edəcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 20-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:40

Fermerlər: "Fındığı 3 manata da sata bilmirik"

Cəmiyyət
Dünən, 16:40

Şabranda baxımsız qalan muzey təhlükə saçır

Hadisə
Dünən, 15:47

Qusarda çaqqallar 3 nəfərə xəsarət yetirib

Hadisə
Dünən, 15:30

Qax sakini Bilgəhdə qəzada həlak olub - VİDEO

Cəmiyyət
Dünən, 14:56

Şabranda Samur-Abşeron kanalı və antisanitariya – VİDEO

Cəmiyyət
Dünən, 14:10

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:23

Qusar–Həzrə–Sudur avtomobil yolunda aparılan bərpa işləri yekunlaşdırılıb

İqtisadiyyat
Dünən, 12:25

Şabalıdın qiyməti fermerlərin üzünü güldürdü

Cəmiyyət
Dünən, 11:38

Balakəndə 574 sakin ödənişsiz tibbi müayinədən keçib

Hadisə
Dünən, 10:42

Şəkidə müştəri gediş haqqı üstündə taksi sürücüsünü döyüb

İqtisadiyyat
Dünən, 10:35

İlhamə Qədimova: "8 meyvə növü üzrə 18 xəstəlik və zərərverici süni intellektlə müəyyən edilir"

Oxşar xəbərlər