TƏBİB-in icraçı direktoru Anar Bayramov Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən sakinlərinin müraciətlərini dinləyib.
Shimal.News xəbər verir ki, qəbul Quba Rayon Mərkəzi Xəstəxanasında keçirilib
Görüş zamanı sakinlərin müayinə və müalicə, əmək münasibətləri, əlillik və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Həlli əlavə araşdırma tələb edən müraciətlərlə bağlı müvafiq göstərişlər verilib.