Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gürcüstana məxsus iritonnajlı yük maşını Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini, 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.
Yük avtomobili qadının aşağı ətraflarının üstündən keçib. F. Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunda əməliyyat blokuna alınıb. Həkimlərin səyinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa.аz