Quba şəhər Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə şagirdlər arasında atıcılıq yarışı təşkil olunub.
Shimal.News xəbər verir ki, yarış məktəb-liseyin hərbi rəhbəri Taryel Ağasiyevin təşkilatçılığı ilə keçirilib.
Tədbirin məqsədi şagirdlər arasında vətənpərvərlik ruhunu yüksəltmək, ilkin hərbi bilikləri möhkəmləndirmək, onlarda Vətənə məhəbbət və milli qürur hisslərini gücləndirməkdir. Yarış zamanı şagirdlərə Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi haqqında da məlumat verilib.
Atıcılıq yarışı 8 Noyabr - Zəfər Gününə hazırlıq çərçivəsində, eləcə də oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunmasının tarixi əhəmiyyətinin şagirdlərə çatdırılması məqsədilə təşkil edilib.