top
Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür
Bu gün, 10:50
- ↺ +

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şimal bölgəsindən olan şəhidlərimiz - Orxan Ömərov, Mirbala Rəsulov, Taleh Qənbərli və Vüqar İsmayılovun doğum günüdür.

Orxan İmran oğlu Ömərov 1991-ci il oktyabrın 17-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Qonaqkənd qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.

Orxan Ömərov 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. 2013-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

Daxili Qoşunların çavuşu olan Orxan Ömərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Quba rayonunun Qonaqkənd qəsəbəsində dəfn olunub.

Orxan Ömərov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Vüqar Məmmədqasım oğlu İsmayılov 1992-ci il oktyabrın 17-də Şabran rayonunda anadan olub. Məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə yollanıb.

2013-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində xidmətə başlayıb. Daxili İşlər Nazirliyində keçirilən sambo və cüdo yarışlarında dəfələrlə birinci yerə layiq görülüb.

2019-cu ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edib.

Vüqar İsmayılov İkinci Qarabağ müharibəsində iştirak edib. O, iki dəfə yaralanmasına baxmayaraq, müharibənin son gününə qədər döyüşüb.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Vüqar İsmayılov 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Xocalı rayonunun Dağyurd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

O, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Taleh Abil oğlu Qənbərli 1994-cü il oktyabrın 17-də İsmayıllı rayonunun Quşencə kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Taleh Qənbərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub.

Taleh Qənbərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları, "Şuşanın azad olunmasına görə" medalı, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Mirbala Əmrağa oğlu Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Ailəli idi. Ondan iki qız övladı yadigar qalıb.

Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub.

Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları, həmçinin "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Son xəbərlər

Hadisə
Bu gün, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Bu gün, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Bu gün, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Bu gün, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
Dünən, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
Dünən, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
Dünən, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
Dünən, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
Dünən, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
Dünən, 16:00

Babək Ramaldanovun anım günüdür

Hadisə
Dünən, 15:10

İsmayıllıda ağır qəza

Cəmiyyət
Dünən, 14:10

Şimallı igid şəhidlərimizin doğum günüdür

İqtisadiyyat
Dünən, 14:10

Hərbçilərin əməkhaqları artırılır

İdman
Dünən, 13:24

Prezident balakənli paratleti "Tərəqqi" medalı ilə təltif etdi

Hadisə
Dünən, 12:56

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Hadisə
Dünən, 12:25

Quba-Tüləkəran yolunda uçqun: bərpa işləri nə vaxt aparılacaq?

Cəmiyyət
Dünən, 11:40

Parlament Qubanın iki bələdiyyəsinin adını dəyişdi

Cəmiyyət
Dünən, 10:40

Şabranda bu yolda hər addım riskdir

Cəmiyyət
Dünən, 10:00

Xalq artistinin doğum günüdür

İdman
Dünən, 09:17

"Şamaxı" "Şəfa"nı qəbul edəcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 20-ci günü: XRONİKA

Oxşar xəbərlər