Quba rayonunda güclü yağışdan sonra Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Hadisə yolun 30-cu kilometrliyində qeydə alınıb. Səhər saatlarında sürüşmə nəticəsində yolun bir hissəsi bağlanıb.
Quba 5 saylı Yol İstismarı İdarəsinin əməkdaşlarının müdaxiləsindən sonra yol nəqliyyatın hərəkəti üçün açılıb.
Bununla belə, hazırda ərazidə torpaq sürüşməsinin davam etdiyi bildirilir. Sürücülərə həmin hissədə ehtiyatlı olmaları tövsiyə olunur.
Mənbə: Bizim.Media