top
Qəbələdəki qətlin pərdəarxası
17 avqust 2026, 17:18
- ↺ +

Qəbələdəki qətlin pərdəarxası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələnin Solquca kəndində həmkəndlisini öldürməkdə təqsirləndirilən Teymur Səfərəliyevin məhkəmədə verdiyi ifadə açıqlanıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində Teymur özünü ittiham üzrə qismən təqsirli bilib.

O, Dəmir Eyvazovu xüsusi amansızlıqla öldürmədiyini deyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, mərhum uzun müddət onu narahat edib və müxtəlif qurumlara, o cümlədən Qəbələ Rayon Prokurorluğuna onunla bağlı şikayətlər edib.

Səfərəliyev bildirib ki, hadisədən əvvəlki 10 gün ərzində Dəmir Eyvazov bir neçə dəfə onun evinə gələrək 10 min manat aliment borcunu ödəməsini tələb edib və oğlunu öldürməklə hədələyib.

Onun sözlərinə görə, hadisə günü onlar birlikdə meşəyə odun yığmağa gediblər. Burada Eyvazov Nic qəsəbəsinə kömür aparmağı da istəyib. Yanacaq və pul məsələsinə görə aralarında mübahisə yaranıb və Eyvazov onu təhqir etməyə başlayıb.

Teymur Səfərəliyev ifadəsində bildirib ki, əvvəlcə Dəmir Eyvazovu dəhrə ilə bel nahiyəsindən qorxutmaq məqsədilə vurub. Eyvazov yerə yıxıldıqdan sonra isə onun başına zərbə endirib.

"Mən həmin an onun ölüb-ölmədiyini bilmirdim. Əvvəlcədən onu öldürmək niyyətim olmayıb", – deyə təqsirləndirilən şəxs bildirib.

Səfərəliyev hadisədən sonra prokurorluğa gedərək təslim olduğunu deyib. O, ümumilikdə neçə zərbə vurduğunu xatırlamadığını bildirib.

İttihama əsasən, 1986-cı il təvəllüdlü Teymur Səfərəliyev 1974-cü il təvəllüdlü həmkəndlisi Dəmir Eyvazovu qəsdən öldürüb. Hadisə 16 iyun 2025-ci ildə Qəbələ rayonunun Solquca kəndində baş verib.

Məhkəmənin hökmü ilə Teymur Səfərəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Mənbə: Pravda.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Oxşar xəbərlər