Qəbələdə həmkəndlisinin həyat yoldaşı ilə münasibətdə olduğu iddia edilən kənd müəllimi inzibati qaydada həbs edilib.
Hadisə rayonun kəndlərindən birində baş verib. Həmkəndlisi onun həyat yoldaşı ilə münasibətdə olduğunu və qadının təqaüd pulunun həmin şəxsin xərclərinə sərf edildiyini iddia edərək polisə müraciət edib.
Müəllim isə ifadəsində qadınla bir müddət mesajlaşdığını və telefonla danışdığını təsdiqləyib, lakin onun kredit ödənişlərini qadının etmədiyini bildirib. Daha sonra münasibətlərə son qoyduğunu deyib.
Polis şöbəsinə çağırılan şəxs burada şikayətçi və onun həyat yoldaşını nalayiq ifadələrlə təhqir edib. Buna görə barəsində inzibati protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə müəllim 4 gün müddətinə inzibati qaydada həbs edilib.
Mənbə: Lent.az