Balakən rayonunda üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, qəza səhər saatlarında Yevlax–Zaqatala–Gürcüstan sərhəd avtomobil yolunun rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai", "KIA" və "Toyota" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Ölənlərdən birinin "Toyota"da sərnişin olan Balakənin Sarıbulaq kənd sakini Rəşad Mütəllibov, digərinin isə "Hyundai"nin sürücüsü, Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir. Üçüncü ölənin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Mənbə: Apa.az