top
Ağsuda ər arvadına zəng edən uşaqlıq dostunu bıçaqladı
29 yanvar 2026, 17:01
- ↺ +

Ağsuda ər arvadına zəng edən uşaqlıq dostunu bıçaqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağsu rayonunda 30 yaşlı kişi arvadına zəng edən uşaqlıq dostunu bıçaqlayıb.

Teleqraf.az-ın məlumatına görə, hadisə ötən il yanvarın 7-də Ağsu rayonunun kəndlərindən birində baş verib. 1996-cı il təvəllüdlü Fəqan yanvarın 6-da Bakıda olarkən həyat yoldaşı Səmayənin telefonuna həmyerlisi və uşaqlıq dostu Sərxanın "WhatsApp" vasitəsilə zəng etdiyini görüb. Bunun səbəbini aydınlaşdırmaq üçün onunla görüşməyə qərar verib.

Yanvarın 7-si gecə saat 04:30 radələrində Ağsu rayonunda görüş zamanı mübahisə yaranıb. Mübahisə zamanı Fəqan bıçaqla Sərxanın döş qəfəsinə bir zərbə vurub.

İstintaq zamanı Fəqan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub və özünü təqsirli bilib. O ifadəsində bildirib ki, həmin mobil nömrəni əvvəllər özü istifadə edib, lakin Vətən müharibəsində aldığı xəsarətlər səbəbindən bunu unutduğunu deyib. Qısqanclıq və yaranmış anlaşılmazlıq səbəbindən Sərxana inanmadığını, bir anlıq özünü itirərək bıçaq vurduğunu qeyd edib. Hadisədən dərhal sonra DİN-in 102 qaynar xəttinə zəng etdiyini də bildirib.

Zərərçəkmiş Sərxan isə deyib ki, həmin nömrəni Fəqanın nömrəsi bildiyi üçün zəng edib. Onun sözlərinə görə, Fəqan Ağsuya gəldikdən sonra sakit yerdə söhbət etmək istəyib və kəndə getdikləri zaman qəfil bıçaqlanıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqana Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub. O, 2 il sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər