Ağsu rayonunda 141 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı şübhəli şəxs saxlanılıb.
Shimal.News-un məlumatına görə, hadisə ilə bağlı rayon Polis Şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 22 yaşlı Vüsal Sarxanov saxlanılıb.
Araşdırma zamanı 141 baş xırdabuynuzlu heyvanın örüş sahəsindən oğurlandığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə V.Sarxanov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda araşdırmalar davam etdirilir.