top
Zaqatalanın çay plantasiyalarında bol məhsul
24 iyun 2025, 13:49
- ↺ +

Zaqatalanın çay plantasiyalarında bol məhsul

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatala rayonunda çayçılıq uzun illərdir əsas gəlirli sahələrdən biridir.

AZƏRTAC-ın məlumatına görə, bu il rayonun Qazangül qəsəbəsində fəaliyyət göstərən çayçılıq təsərrüfatlarında bol məhsul yetişib.

Havaların yağmurlu keçməsi yaşıl çay yarpaqlarının daha yaxşı və keyfiyyətli yetişməsinə şərait yaradıb. Hazırda çayçılar növbəti dərimi həyata keçirirlər. Yaşıl çay yarpaqlarını səhərin erkən saatlarında toplamaq vacibdir. Ona görə də çayçılar bu kimi şərtlərə ciddi əməl edirlər.

Təsərrüfat rəhbəri Pərviz Şabanovun sözlərinə görə o, çay sahələrinin ömrünü artırmaq məqsədi ilə plantasiyanın 50 faizinə damcı suvarma sistemi quraşdırıb. Qarşıdakı illərdə qalan sahələrdə də bu sistemin tətbiqi nəzərdə tutulur.

Çayçılıq təsərrüfatı ilə fermerlər arasında ilin əvvəlində məhsulun alqı-satqısına dair müqavilə bağlanılır. Yəni fermerin məhsul satışı ilə bağlı heç bir qayğısı yoxdur. Əsas odur ki, məhsul keyfiyyətli və normativ qaydalara uyğun olsun.

Plantasiyada çayçıların sürətlə işləməsini müşahidə edirik, ilk baxışdan elə düşünürsən ki, məhsul yığımı asandır.

“İndi çay yığımının üçüncü mərhələsidir. Keçən illərə nisbətən bu il məhsulumuz boldur. Bu, hava şəraitindən asılıdır. Havaların yağmurlu keçməsi çayçılıq üçün əlverişli sayılır”, - deyən Tünzalə xanımdan gün ərzində neçə kiloqram məhsul yığdıqları ilə maraqlanırıq. “May ayında səhər saat 6-dan 10-a kimi 50-60 kiloqram yığırıq. İndi isə bu çayı dənə-dənə, yarpaqsız yığmaq lazımdır, ona görə gün ərzində 30-40 kiloqram yığa bilirik”, - deyə sahədə çalışan Tünzalə Muhumayeva bildirib.

Məlumat üçün bildirək ki, çay kolları əkiləndən 8-10 il sonra ilk barını verir. Tam barvermə müddəti isə 20-25 ilə başa gəlir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər