top
Zaqatalada istehsal olunan qızılgül və lavanda yağları dünya bazarında
Foto
25 may 2026, 16:05
- +

Zaqatalada istehsal olunan qızılgül və lavanda yağları dünya bazarında

Azərbaycanın qədim qızılgülçülük ənənələri ilə tanınan Zaqatala rayonunda bu sahənin yenidən dirçəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub. 2016-cı ildən fəaliyyət göstərən "Ləcheq Farm and Distillery" MMC bölgədə saldığı geniş qızılgül plantasiyaları və istehsal etdiyi efir yağları ilə artıq dünya bazarında tanınan brendə çevrilib.

AZƏRTAC-ın məlumatına görə, müəssisə tərəfindən ilkin mərhələdə 183 hektar sahədə Dəməşq qızılgülü, əlavə olaraq isə 10 hektar ərazidə lavanda və nanə plantasiyaları yaradılıb. Yaxın illərdə əkin sahələrinin 500 hektara çatdırılması planlaşdırılır. Bu məqsədlə Zaqatala ilə yanaşı Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan fermerlərlə əməkdaşlığa başlanılıb və əlavə 250 hektar sahədə yeni plantasiyaların salınması nəzərdə tutulur.

Müəssisənin aqronomu Cahangir Bayramov bildirib ki, hazırda efir yağı sənayesi üçün uyğun digər bitkilərin də sınaq əkinləri aparılır. Bioloji və iqtisadi qiymətləndirmədən sonra həmin bitkilərin genişmiqyaslı istehsalına başlanılması planlaşdırılır.

Qeyd olunub ki, plantasiyalar tam müasir damlama suvarma sistemi ilə təchiz edilib. Bu yanaşma həm məhsuldarlığın artırılmasına, həm də torpağın eroziyadan və şoranlaşmadan qorunmasına imkan yaradır.

Müəssisədə istehsal tam orqanik üsullarla həyata keçirilir. Sahələrdə kimyəvi dərman, pestisid və sintetik gübrələrdən istifadə olunmur, zərərvericilərlə mübarizə yalnız bioloji üsullarla aparılır.

"Ləcheq Farm and Distillery" MMC regionda məşğulluğun artırılmasına da ciddi töhfə verir. Hazırda müəssisədə 60 nəfər daimi işçi çalışır. Mövsüm ərzində əlavə olaraq 60-90 nəfər işə cəlb olunur. May ayında başlayan qızılgül yığımı dövründə isə işçi sayı 1800-2000 nəfərə qədər yüksəlir.

Qızılgül yığımı hər gün səhər saat 06:00-da başlayır və 09:30-da başa çatır. Bildirilir ki, havanın temperaturu 25 dərəcəni keçdikdə güldəki efir yağları uçmağa başladığı üçün məhsul yalnız səhərin erkən saatlarında yığılır.

Müəssisənin istehsalat kompleksi 2017-ci ildə tikilib və ilk məhsulunu 2018-ci ildə verib. İstehsalat departamentinin rəhbəri Təbriz Allahverdiyev bildirib ki, hazırda müəssisədə yeni istehsal sahələrinin yaradılması istiqamətində araşdırmalar aparılır. Gələcəkdə daha saf və yüksək konsentrasiyalı gül ekstraktlarının istehsalı üçün yeni fabrikin inşası planlaşdırılır.

Müəssisənin texnoloji imkanları Azərbaycanda yabanı halda yetişən efir yağlı bitkilərin də emalına şərait yaradır. Artıq yovşan, boymadələn, kəklikotu, rozmarin, razyana və çobanyastığı kimi bitkilərdən test məqsədli efir yağları əldə olunub və beynəlxalq sərgilərdə nümayiş etdirilib.

Dünya üzrə illik qızılgül efir yağı istehsalının 4000–5000 kiloqram olduğu qeyd edilir. Bunun 200 kiloqramdan çoxu məhz Zaqatalada fəaliyyət göstərən müəssisənin payına düşür.

Şirkətin məhsulları indiyədək Almaniya, Fransa, ABŞ, Yaponiya, Çin, Türkiyə, BƏƏ və digər ölkələrdə keçirilən 21 beynəlxalq parfümeriya və kosmetika sərgisində nümayiş etdirilib və müxtəlif mükafatlara layiq görülüb.

Hazırda Zaqatala brendi Yaponiya, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və digər ölkələrin aparıcı şirkətlərinə məhsul ixrac edir. Müəssisənin istehsal etdiyi efir yağlarının "Azərbaycanın efir yağları" adı ilə Fransanın məşhur "Grasse" parfümeriya məktəbinin dərsliklərinə daxil edilməsi isə bu sahədə əldə olunan ən böyük uğurlardan biri hesab olunur.




Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər