top
Zaqatalada barama mövsümü: Yüzlərlə ailə qazanc gözləyir
Foto
22 may 2026, 15:19
- ↺ +

Zaqatalada barama mövsümü: Yüzlərlə ailə qazanc gözləyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatala rayonunda builki barama mövsümündə yaş barama istehsalının 18 tona çatdırılması hədəflənir. Rayonda bu məqsədlə 270-ə yaxın kümçü ilə müqavilə bağlanılıb, ailə təsərrüfatlarına ümumilikdə 450 qutu ipəkqurdu paylanılıb.

AZƏRTAC-ın məlumatına görə, hazırda kəndlərdə ipəkqurdunun yemlənməsi prosesi davam edir.

Rayonun Göyəm kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərdə kümçü ailələri artıq istehsal mövsümünün ən məsul mərhələsinə başlayıblar. Sumaylı kənd sakini Zahidət Muradova bildirib ki, baramaçılıq qısa müddətdə gəlir gətirən sahələrdən biridir:

"Bir ay ərzində çəkdiyin zəhmətin nəticəsini görürsən. Bu il 52 qram ipəkqurdu götürmüşük. Məqsədimiz 200 kiloqrama yaxın yaş barama istehsal etməkdir", – deyə kümçü qeyd edib.

Ailə ötən mövsüm 210 kiloqram yaş barama istehsal edərək 2300 manatdan çox gəlir əldə edib. Kümçülər ipəkqurdunun bəslənməsi üçün xüsusi yerlər hazırlayıb, yem bazasını isə əsasən kənddəki tut ağaclarından təmin edirlər.

Dardoqqaz kənd sakini Rəfiqə Mehdiyeva isə artıq 4 ildir bu sahə ilə məşğul olduğunu deyib. Onun sözlərinə görə, ötən il ailələri 137 kiloqram yaş barama istehsal edib, builki mövsümdə isə nəticəni daha da artırmağı planlaşdırırlar.

Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ramazan Şabanov bildirib ki, ötən il dairəyə daxil olan kəndlərdə 1200 kiloqramdan çox yaş barama tədarük olunub və ailələr ümumilikdə 13 min manatdan artıq gəlir əldə ediblər.

Qeyd edək ki, builki mövsümdə də yaş baramanın hər kiloqramı üçün kümçülərə 11 manat ödənilməsi nəzərdə tutulur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər