top
Zaqatalada 712 kq yaş barama tədarük olunub
Foto
10 iyun 2026, 12:40
- ↺ +

Zaqatalada 712 kq yaş barama tədarük olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 9-da Zaqatala rayonunda kümçülərdən yaş barama qəbuluna start verilib. Mövsümün ilk günündə rayonun barama qəbulu və qurutma məntəqəsinə 712,5 kiloqram yaş barama təhvil verilib.

AZƏRTAC-ın  məlumatına görə, müəssisənin direktoru Faiq Köngülov bildirib ki, bu il rayonda 18 ton yaş barama istehsalı nəzərdə tutulur. Bunun üçün 270-ə yaxın kümçü ilə müqavilə bağlanılıb, onlara 450 qutu ipəkqurdu paylanıb. Əvvəlki illərdə olduğu kimi, bu il də ipəkqurdu toxumunun inkubasiyası müəssisədə həyata keçirilib.

Mövsümün ilk məhsulunu Mosul kənd sakini Səbuhi Əsgərov təhvil verib. Onun gətirdiyi yaş baramanın çəkisi 104 kq olub. Kümçü bildirib ki, uzun illərdir baramaçılıqla məşğuldur və bu sahə ailə büdcəsinə ciddi töhfə verir.

Mosul kəndində cari mövsümdə 8 kümçü ailəsinə 20 qutu ipəkqurdu paylanılıb. Kənd üzrə ümumilikdə 900 kiloqrama yaxın yaş barama istehsalı gözlənilir.

Rayonun Yuxarı Tala kənd sakini İlqar Əhmədli isə mövsümün ilk günündə 70 kq yaş barama təhvil verib. Kənddə baramaçılıqla məşğul olan 6 ailəyə 15 qutu ipəkqurdu verilib və onların 700 kq-ya yaxın məhsul istehsal etməsi planlaşdırılır.

"Azəripək" ASC-nin nümayəndəsi İlqar Nazarovun sözlərinə görə, qəbul edilən yaş baramanın keyfiyyəti tələb olunan standartlara cavab verir.

Qeyd edək ki, bu il ölkənin 40 rayonunda və Naxçıvan Muxtar Respublikasında barama yetişdirilib. Kümçülərə ümumilikdə 6491 qutu ipəkqurdu paylanıb. Mövcud qaydalara əsasən, yaş barama hər kiloqram üçün 5 manata qəbul olunur, əlavə olaraq dövlət tərəfindən hər kiloqrama görə 6 manat subsidiya ödənilir.



a

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər