top
Yeni peşə məktəbləri inşa olunacaq
09 dekabr 2025, 15:34
- ↺ +

Yeni peşə məktəbləri inşa olunacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda peşə təhsili sisteminin inkişafı istiqamətində növbəti addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2026–2030-cu illərdə müasir standartlara uyğun 21 yeni peşə məktəbinin tikintisi nəzərdə tutulur.

Shimal.News-un məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Lənkəran-Astara, Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrində sənaye potensialının genişlənməsi, aqrar emal sahələrinin artması və turizm imkanlarının yüksəlməsi yeni peşə məktəblərinə tələbatı artırır.

Deputat həmçinin təmsil etdiyi Ağsu rayonunun xüsusi vurğulanmasının tam əsaslı olduğunu qeyd edib:

"Ağsu coğrafi-strateji mövqeyi, logistika imkanları və iqtisadi diversifikasiya potensialına görə ölkənin mərkəzi rayonlarından biridir. Rayon həm Şamaxı–İsmayıllı turizm marşrutunun, həm də Cənub və Aran bölgələrinə uzanan mühüm nəqliyyat qovşağının üzərində yerləşir. Son illərdə kənd təsərrüfatının — xüsusilə bağçılıq, üzümçülük və taxılçılığın — inkişafı müasir aqrotexniki biliklərə malik kadrlara ehtiyacı daha da artırıb. Texniki ixtisaslar üzrə mütəxəssis çatışmazlığı isə istehsal prosesləri, avadanlıqların istismarı və təmiri zamanı çətinliklər yaradır. Bununla yanaşı, Ağsu və ətraf rayonlarda gənc əhalinin artımı, lakin ixtisaslı işçi qüvvəsinin regiondan kənara axını burada peşə təhsil müəssisəsinin yaradılmasını zəruri edir".

Onun sözlərinə görə, Ağsuda müasir peşə məktəbinin açılması həm yerli əmək bazarının, həm də Şamaxı, Qəbələ, Kürdəmir və Göyçay rayonlarını əhatə edən geniş iqtisadi zolağın kadr tələbatını qarşılamağa imkan verəcək. Yeni məktəbdə turizm-servis, aqrotexnologiya, logistika, elektrik təsərrüfatı, avtomatlaşdırma, yol-infrastruktur xidmətləri və digər aktual ixtisasların tədrisi planlaşdırıla bilər.

"Ümumilikdə, 21 yeni peşə məktəbinin yaradılması Azərbaycanın iqtisadi modernləşməsi, qeyri-neft sektorunun inkişafı və regionların ixtisaslı kadr ehtiyacının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Ağsu kimi rayonların prioritet ərazilər siyahısına daxil edilməsi həm real tələb, həm də sosial-iqtisadi inkişaf baxımından tam əsaslandırılmış addımdır", – deyə deputat bildirib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər