Quba Regional Turizm İdarəsinin əməkdaşları Xınalıq kəndinə səfər ediblər. Bu haqda ShimalNews 18 aprel tarixində məlumat verir.
Səfər çərçivəsində qoruq ərazisində keçirilən yenidənqurma işləri ilə tanışlıq olub. Eləcə də turizm mövsümünün başlanması ilə bağlı kənd evi subyektləri və qoruq işçilərinə tövsiyələr verilib.