"Xaçmaz Tikinti Materialları" Məhdud Məsuliyyətli Cəmiyyətinin külli miqdarda vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, sözügedən şirkətin Dövlət Vergilər Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə 144 min 307.34 manat vergi borcu var.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Səməd Burcalıyev Vahid oğludur.