top
Xaçmazda becərilən şaftalı xaricə göndərilir
08 iyul 2025, 09:55
- ↺ +

Xaçmazda becərilən şaftalı xaricə göndərilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazın təsərrüfatlarında iyun ayından başlayaraq şaftalı və nektarin yığımı aparılır.

AZƏRTAC-ın məlumata görə, hazırda ənənəvi bağlardan şaftalının “Zalatoy”, “Fədai” növləri və nektarinin tezyetişən sortları yığılır.

Bağlardan toplanan məhsulun bir hissəsi yerli və paytaxt bazarlarında satılır. Şaftalının böyük hissəsi isə qonşu ölkə Rusiyaya göndərilir.

Xaçmaz rayonunun Çiləgir kəndindən olan təsərrüfatçı Coşqun İsmayılov bildirir ki, bu il məhsuldarlıq yüksək olsa da, ötən illərə nisbətən meyvənin alıcılıq qabiliyyəti aşağı düşüb:

“Hazırda qiymət münasibdir. Şaftalının ölçüsündən və keyfiyyətindən asılı olaraq bir kiloqramı 0,7 – 1 manat arasında dəyişir. Amma ötən illərə nisbətən ənənəvi bağlarda becərilən şaftalının alıcılıq qabiliyyəti aşağıdır. İxraca daha çox intensiv bağlarda becərilən xarici sort şaftalı göndərilir”.

Şaftalı bağlarında məhsul yığımı vaxtında aparılmalıdır. Bəzən bir gün gecikmək tonlarla məhsulun zay olması ilə nəticələnə bilər.

“Xüsusilə “Zalatoy” növü ağacda məhv ola bilər. Gilasın məhsuldarlığı bu il hava şəraiti ilə əlaqədar zəif oldu. Amma şaftalı və fındıq yaxşıdır. İndi qalır bol məhsulu vaxtında ağacdan toplayıb, sərfəli qiymətə satmaq”, - deyə Coşqun İsmayılov bildirib.

Xaçmaz ərazisində, ümumilikdə, 3 min hektara yaxın şaftalı bağı var. Həmin bağlardan 1000 hektara yaxını intensiv bağlardır. Hər il şaftalı bağlarında orta məhsuldarlıq 30 sentnerə yaxın olur. Xaçmaz bağlarından il ərzində 7-8 min ton şaftalı toplanır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər