Xaçmaz rayon sakini Zərbalı Eyvazov Prezident İlham Əliyevə ünvanladığı məktubda özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyindən yararlanaraq şəxsi biznesini qurduğunu bildirib.
Shimal.News məlumat verir ki, vətəndaş məktubunda qeyd edib ki, proqram vasitəsilə əmlakla təmin olunması onun üçün təkcə maddi yardım deyil, eyni zamanda öz işini qurmaq və ölkə iqtisadiyyatına töhfə vermək baxımından mühüm imkan yaradıb.
Zərbalı Eyvazov dövlət başçısına vətəndaşların məşğulluğunun artırılması, sosial rifahın yüksəldilməsi və əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən siyasətə görə təşəkkürünü ifadə edib və bu təşəbbüsləri dəstəklədiyini vurğulayıb.