"Xaçmaz Aqropark" MMC ləğv olunduğunu elan edib.
Shimal.News xəbər verir ki, bu barədə İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan olunub.
Məlumata görə, “Yalama Aqropark” yenidən təşkil olunacaq. "Xaçmaz Aqropark" da ona qoşulacaq.
“Xaçmaz Aqropark” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3.504.814 manatdır və qanuni təmsilçisi Rauf Mailovdur.