top
Tütün sahələrinin sığortalanmasına başlanıldı
05 iyun 2025, 10:09
- ↺ +

Tütün sahələrinin sığortalanmasına başlanıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən güzəştli aqrar sığorta mexanizmi vasitəsilə tütün sahələrinin sığortalanması prosesinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyindən Shimal.News-a bildirilib ki, fermerlər iqlimə həssas olan tütün bitkisini dövlət dəstəkli aqrar sığorta mexanizmi vasitəsilə sərfəli şəkildə sığorta edə bilərlər.

Tütün Azərbaycanın bir sıra rayonlarında, xüsusilə şimal-qərb və qərb bölgələrində becərilən texniki bitkidir. Ölkədə 2625 hektar sahədə tütün əkilir, onun böyük hissəsi – 2567 hektarı və ya təqribən 98 faizi Şəki-Zaqatala bölgəsindədir. Ən çox tütün sahələri Şəkidədir. Bu rayonda 1601 hektarda tütün əkilir. Bu, ölkə üzrə bütün tütün sahələrinin 60 faizdən çox hissəsi deməkdir. Tütünün geniş şəkildə əkildiyi bölgələrin siyahısında Qax (455 hektar), Zaqatala (264 hektar) və Oğuz rayonları (179 hektar) da var.

Dövlət tərəfindən tütün istehsalına ayrılan subsidiyalar bu bitkinin ölkə iqtisadiyyatı və aqrar sektor üçün əhəmiyyətini göstərir. Tütün məhsulundan yerli siqaret istehsalında istifadə edilir, eləcə də tütünün bir hissəsi xaricə göndərilir. Belə ki, 2023-cü ildə Azərbaycandan xaricə ümumi məbləği 6 milyon 647 min dollar olan 2860 ton tütün ixrac edilib. 2024-cü ildə isə ixrac edilən tütünün həcmi və dəyəri 3 dəfə artıb. Ötən il xaricə ümumi məbləği 22,4 milyon dollar olan 6937 ton tütün göndərilib.

Hazırda tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edirlər. Aqrar sığorta bu fermerlərin gəlirlərini qorumağa imkan verir. Aqrar Sığorta Fondu (ASF) tərəfindən dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi tütün sahələrini çoxsaylı risklərdən qorumağa imkan verir. Aqrar sığorta tütün sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, eləcə də dolu nəticəsində keyfiyyət itkisi kimi hadisələrin vurduğu zərərlərdən qoruyur.

Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə, fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər. Məsələn, Şəki rayonunda 1 kiloqramının qiyməti 35 qəpik olmaqla, 20 ton və ya 200 sentner məhsul gözlənilən 1 hektar tütün sahəsindən, ümumilikdə, 7000 manatlıq məhsul götürülür. Bu sahənin aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən qorunması üçün ümumi sığorta haqqı 446 manat, fermerin ödədiyi hissə isə cəmi 223 manat təşkil edir. Başqa sözlə, fermer sahədən gözlənilən məhsulun dəyərinin cəmi 3 faizini ödəməklə tütün sahəsini çoxsaylı risklərin vurduğu zərərdən qoruya bilər.

Bundan başqa, tütün məhsulu dolu riski ilə yanaşı, doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə, əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır. Bu halda zərərlə üzləşməmək üçün tütünü doludan keyfiyyət itkisi riskindən də sığortalamaq tələb olunur. Fermer əkin sahəsini bu riskdən də sığortalamaq üçün ümumilikdə 308 manat sığorta haqqı ödəməlidir. Qeyd edək ki, 1 hektar tütün bitkisinin becərilməsi üçün xərclər 2000-3000 manat arasında dəyişir. Başqa sözlə, sığorta haqqı tütünə çəkilən xərclərin 10-da birinə bərabərdir.

Artıq fermerlər tütün sığortasından faydalanmağa başlayıblar. 2025-ci ildə Aqrar Sığorta Fondu tərəfindən tütün becərən fermerlərə üzləşdikləri zərərə görə ilk ödənişlər edilib. Fond tütün becərən fermerləri öz məhsullarını qorumağa və sığortalamağa çağırır.

 

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər