Türkiyədən olan iş adamları və MÜSİAD Azərbaycanın İdarə Heyətinin üzvləri Quba rayonuna səfər ediblər. Bu haqda ShimalNews 15 dekabr tarixində məlumat verir.
Qonaqlar “ABAD Factory” İstehsalat Kompleksi, Azərbaycan-Türkiyə Qardaşlıq parkı və Aşağı Atuc kəndində yerləşən meyvə bağı ilə tanış olublar.
Eləcə də Rayon İcra Hakimiyyətində qurumun məsul şəxsləri ilə birgə görüş baş tutub.