top
TƏBİB işçilərin maaşını yenə gecikdirir - İDDİA
13 may 2026, 10:50
- ↺ +

TƏBİB işçilərin maaşını yenə gecikdirir - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda çalışan əməkdaşlar əməkhaqlarının gecikdirilməsindən narazıdırlar.

Shimal.News-a daxil olan məlumata görə, Bakı şəhərində, Şimal bölgəsi və eləcə də digər rayonlarda yerləşən dövlət xəstəxanalarında çalışan işçilər mayın 13-ü olmasına baxmayaraq, aprel ayına aid maaşların hələ də ödənilmədiyi iddia olunur.

İşçilərin sözlərinə görə, əmək müqavilələrində maaşların hər ayın 10-dək verilməsi nəzərdə tutulsa da, son dövrlər gecikmələr artıq mütəmadi baş verir.

"Artıq maaşı pensiya kimi verirlər – ayın 15-dən 15-nə qədər gözləyirik", – deyə narazı əməkdaşlar bildiriblər.

Məlumata əsasən, vəziyyət xəstəxanalarda çalışan əməkdaşların arasında ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə və kollektiv daxilində "TƏBİB maaşları vaxtında ver, həkim xəstə əlinə baxmasın" kimi şüarlar səsləndirilir.

İddia edilir ki, maaş gecikmələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sistemində aparılan son dəyişikliklərdən sonra qabarıq şəkildə hiss olunmağa başlayıb.

Narazılıq edən işçilər bildirirlər ki, işə bir neçə dəqiqə gecikdikdə onlardan izahat tələb edilir və əməkhaqlarında kəsintilər olur. Lakin maaşların günlərlə gecikdirilməsinə görə qanunvericilikdə nəzərdə tutulan hər hansı kompensasiya ödənilmir.

Onların sözlərinə görə, gecikən maaşlar kredit öhdəliklərinin vaxtında ödənilməsinə mane olur, əlavə faizlərin yaranmasına səbəb verir və ailələrin sosial vəziyyətinə mənfi təsir göstərir.

Məsələ ilə bağlı TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər