top
Soğan əkənlərin gözü yaşlı
29 oktyabr 2025, 13:30
- ↺ +

Soğan əkənlərin gözü yaşlı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu günlərdə soğan satışı ilə məşğul olan fermerlər qiymətin aşağı olmasından giley edirlər. Azərbaycanın bir çox bölgələrində, xüsusilə Şəki–Zaqatala iqtisadi rayonu üzrə mövcud vəziyyət narazılıq doğurur.

Baki-xeber.com-un məlumatına görə, Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli qiymətlərin düşməyinin əsas iqtisadi səbəblərindən birini məhsul bolluğu ilə əlaqələndirib.

Hava şəraiti və subsidiyaların təsiri soğan istehsalını rekord həddə çatdırıb. Daxili tələbat isə sabit qalıb. Kənd təsərrüfatı məhsulları istehsal edənlərin üzləşdikləri problemlərdən biri də yığdıqları məhsulun bazara çıxarılması ilə bağlıdır. Məhsul satışının təşkilində çətinlik çəkənlər bu sahədə fəaliyyət göstərməyə o qədər də meylli olmurlar.

Keçən illə müqayisədə Rusiyaya və Gürcüstana ixracın azalması, eləcə də Mərkəzi Asiya bazarlarında rəqabətin artması (xüsusən Qazaxıstan və Özbəkistandan ucuz soğan təklifi) Azərbaycan məhsulunun ixrac imkanlarını məhdudlaşdırıb.

Bununla yanaşı saxlama infrastrukturunun çatışmazlığı hiss olunur. Fermerlərin əksəriyyəti məhsulu uzun müddət saxlamaq imkanına malik deyil. Soyuducu anbarların azlığı onları məhsulu tez bir zamanda, aşağı qiymətə satmağa məcbur edir.

Digər tərəfdən logistika və vasitəçi problemi mövcuddur. Bazarda əsas gəliri çox vaxt topdan alıcılar və vasitəçilər götürür. Fermerin maya dəyəri yüksəldiyi üçün (yanacaq, işçi qüvvəsi, gübrə və s.), satış qiyməti həmin xərcləri ödəmir.

Ekspert hesab edir ki, kiçik təsərrüfatlar birləşərək kooperativlər şəklində məhsulu birgə toplayıb satarsa, vasitəçilərdən asılılıq və qiymətlərin aşağı düşməsi riski azalacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər