Azərbaycanda adambaşına düşən pərakəndə ticarət dövriyyəsi üzrə şimal rayonlarının reytinqi açıqlanıb.
Dövlət Statistika Komitəsinin "Azərbaycanda ticarət - 2026" statistik məcmuəsinin məlumatına əsasən, burada söhbət qiymətlərin bahalığından deyil, əhalinin hər nəfərinə düşən illik pərakəndə ticarət dövriyyəsindən gedir. Bu göstərici bir nəfərin il ərzində mağaza, market və digər pərakəndə ticarət obyektlərində orta hesabla nə qədər alış-veriş etdiyini əks etdirir və istehlak səviyyəsinin əsas göstəricilərindən biri hesab olunur.
2025-ci ilin yekunlarına görə, şimal rayonları üzrə adambaşına düşən pərakəndə ticarət dövriyyəsi belə olub:
Quba – 4 457,4 manat
Şəki – 4 340,0 manat
Xaçmaz – 4 327,5 manat
İsmayıllı – 3 651,4 manat
Balakən – 3 338,0 manat
Qax – 2 960,3 manat
Qusar – 2 884,3 manat
Ağsu – 2 878,3 manat
Qəbələ – 2 779,8 manat
Oğuz – 2 733,3 manat
Siyəzən – 2 727,3 manat
Şabran – 2 108,2 manat
Xızı – 1 808,3 manat.
Mənbə: Modern