top
Şimalda trüfel istehsalı gündəmə gətirilib
13 iyul 2026, 12:20
- ↺ +

Şimalda trüfel istehsalı gündəmə gətirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Təlim Mərkəzinin Quba şəhərində yerləşən Regional Tədris Mərkəzində "Azərbaycanda trüfel istehsalının təşviqi" layihəsinə dair maarifləndirmə aparılıb.

Shimal.News xəbər verir ki, tədbirdə Quba, Xaçmaz, Siyəzən, Xızı və Şabran rayonlarından fermerlər, sahibkarlar, turizm agentliklərinin nümayəndələri, aqrar sahə üzrə mütəxəssislər və trüfel istehsalına maraq göstərən vətəndaşlar iştirak ediblər.

Seminarda vurğulanıb ki, trüfel istehsalının inkişafı kənd təsərrüfatının şaxələndirilməsi, yüksək əlavə dəyərli ixrac məhsullarının istehsalı, aqroturizmin inkişafı, yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafı üçün mühüm imkanlar yaradır.

Üstəlik trüfel göbələkləri palıd, fındıq, vələs, Şərq fıstığı, cökə, qovaq və söyüd kimi ağacların kök sistemi ilə mikoriza əlaqəsi yaradaraq onların inkişafına, qida maddələrinin mənimsənilməsinə və torpağın bioloji aktivliyinin artmasına müsbət təsir göstərir.

Qeyd edək ki, layihə çərçivəsində növbəti seminarların Şəki və Qəbələ rayonlarında təşkili planlaşdırılır.

Trüfel (donbalan) göbələyi dünyanın ən qiymətli qida məhsullarından biri hesab olunur. Bənzərsiz ətri və ləzzəti səbəbindən mətbəxdə "qara almaz" olaraq da adlandırılır. Çox dərində bitdiyi və yetişdirilməsi çətin olduğu üçün olduqca bahadır. 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər