top
Şimalda “od tutub yanan” turizm qiymətlərini necə “söndürmək” olar?
11 dekabr 2024, 13:06
- ↺ +

Şimalda “od tutub yanan” turizm qiymətlərini necə “söndürmək” olar?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba-Xaçmaz iqtisadi rayonunun turizm potensialı böyükdür və bu potensialın artırılması regionun iqtisadiyyatına əhəmiyyətli töhfələr verə bilər. Bu ərazi həm təbii gözəllikləri, həm də zəngin mədəni irsi ilə diqqət çəkir. Xüsusilə, Nabran kəndi və ətrafı, dənizkənarı istirahət zonası kimi, illərlə turizm cəlbediciliyini qoruyub və regionda yüksək mövqelərə sahib olub. Lakin bu ərazidə turizmin inkişafı bəzi çətinliklərlə qarşılaşır, ən böyük maneələrdən biri isə qiymətlərin baha və azbüdcəli turizm imkanlarının məhdud olmasıdır.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov Shimal.News-a bildirib ki, Nabranda böyük hotellərin tikilməsinə və sayının artırılmasına ehtiyac var:

“Quba-Xaçmaz iqtisadi zonası paytaxta yaxın olduğuna görə insanlarımız istirahət üçün daha çox bu regiona üstünlük verirlər. Əlbəttə ki, hotellərin, azbüdcəli qalma yerlərinin çox az olması qiymətlərin vətəndaşlar üçün baha olmasına gətirib çıxarır.  Düşünürəm ki, kənd evlərinin sayı artırılmalı, kiçik və orta sahibkarlara xüsusi təşviqlər olmalıdır”.

Ekspert vurğulayıb ki, azad bazar iqtisadiyyatı dövründə  dövlətin qiymətlərə müdaxilə etməsi, qiymət müəyyən etməsi doğru deyil: “Dövlətin vəzifəsi sahibkarlara şərait yaratmaq, rəqabət mühitini formalaşdırmaqdır. Daha çox sahibkarın cəlb edilməsi, hətta mikro sahibkarların evləri təmir edib turistlərə təklif etməsi qiymətlərdə müəyyən tarazlayıcı funksiyanı yerinə yetirmiş olacaq”.

Sonda qeyd edək ki, dünya təcrübəsində turizm zonalarında mövcud olan kiçik hotellər və “guest house”lar (qonaq evləri) turizmin əlçatanlığını artıran əsas məkanlar olur. Dövlət bu kiçik müəssisələrə vergi güzəştləri, kreditlər, təlimlər və marketinq dəstəyi göstərərək onların inkişafı üçün şərait yarada bilər. Eyni zamanda, yerli sakinlərin öz evlərini qonaq evlərinə çevirməsi üçün də dövlət tərəfindən təlimlər və bələdçi xidmətləri təqdim oluna bilər.

Zaur Mirzə

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Oxşar xəbərlər