Şimal bölgəsinin bəzi rayonlarında dana (mal) ətinin qiymətində artım müşahidə olunur.
Shimal.News-a daxil olan məlumata görə, əvvəllər 17 manata satılan sümüklü mal əti hazırda 18 manata, 21 manata təklif olunan sümüksüz ət isə 22 manata satılır.
Qiymət artımı alıcıların narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, satıcılardan bahalaşmanın səbəbini soruşduqda onlara konkret və əsaslandırılmış cavab verilmir.
Alıcılar bildirirlər ki, yay mövsümündə ot və yem təminatının nisbətən yaxşılaşdığı, bəzi yem növlərinin qiymətinin də aşağı düşdüyü bir vaxtda ətin bahalaşması onlarda suallar yaradır.
Sakinlər qiymət artımının səbəblərinin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını və bazarda yaranmış vəziyyətə aydınlıq gətirilməsini istəyirlər.