Quba-Xaçmaz Regional Məşğulluq filialının təşkilatçılığı ilə mayın 23-ü saat 11:00-da Qusar şəhərində əmək yarmarkası keçiriləcək.
Shimal.News-un məlumatına görə, Qusar şəhəri, Mirzə Vəliyev küçəsində (Heydər Əliyev Mərkəzi) baş tutacaq yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.