2025-ci ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycan üzrə banklarda yerləşdirilən əmanətlərin ümumi məbləği 14,7 milyard manata yaxın olub.
Shimal.News Mərkəzi Banka istinadən xəbər verir ki, Şimalda ən böyük əmanət Xaçmaz sakinləri tərəfindən qoyulub.
Xaçmaz əhalisi banklara ümumilikdə 71,5 milyon manatdan çox əmanət yerləşdirib.
Şimalda rayonların sıralaması aşağıdakı kimidir:
Xaçmaz rayonu - 71.5 milyon manat;
Quba rayonu - 37.3 milyon manat;
Qəbələ rayonu - 26.2 milyon manat;
Qusar rayonu - 19.6 milyon manat;
İsmayıllı rayonu - 18.5 milyon manat;
Şamaxı rayonu - 17.0 milyon manat;
Siyəzən rayonu - 5.9 milyon manat;
Şabran rayonu - 4.9 milyon manat;
Xızı rayonu - 0.9 milyon manat.